Tramp prezidentliyə namizəd olsa 103 milyon itirəcək

  Tramp prezidentliyə namizəd olsa    103 milyon itirəcək
  26 İyul 2022    Oxunub:1068
ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik yarışında iştirakını elan edən kimi, Save America siyasi fəaliyyət komitəsinin rəhbəri kimi nəzarətində olan 103 milyon dollardan istifadəyə giriş əldə edə bilməyəcək.
Bu barədə “Bloomberg” agentliyi yazıb. Bu məbləğə girişə məhdudiyyətlər federal qanunla müəyyən edilir. Qeyd olunur ki, Tramp bu vəsaitin yalnız 5 min dollarını seçki kampaniyasının ehtiyacları üçün götürə biləcək. “Bloomberg” yazır ki, eyni zamanda, eks-prezidentin namizədliyi onun uzunmüddətli sponsorlarını onun kampaniyasının xəzinəsini doldurmağa həvəsləndirə bilər.

Qeyd olunub ki, Tramp tez pul yığa biləcəyini göstərdi. Belə ki, 2020-ci il seçkilərində uduzduqdan üç həftə sonra o, böyük saxtakarlığın onun məğlubiyyətinə səbəb olduğunu iddia edərək 207,5 milyon dollar toplamaq üçün Respublikaçılar Milli Komitəsinə qoşuldu.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti