Rusiya TŞ: NATO hərbi təhdidlər üçün səylərini artırır

      Rusiya TŞ:    NATO hərbi təhdidlər üçün səylərini artırır
  26 İyul 2022    Oxunub:541
Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şura Rusiyanın milli təhlükəsizlik maraqlarını nəzərə alaraq Qərb ölkələri ilə bağlı strategiyasını, habelə NATO-nun iyunda keçirilmiş sammitinin nəticələrini təhlil edib.
Bu barədə TASS agentliyi Rusiya Təhlükəsizlik Şurası aparatının qlobal problemlər və beynəlxalq təhlükəsizlik bölməsinin iclasının yekunlarına istinadən məlumat yayıb.
Bəyanatda deyilir ki, Təhlükəsizlik Şurasının ekspertləri Şimali Atlantika Müqaviləsi Təşkilatının Rusiyaya birbaşa hərbi təhdidlər yaratmağa yönəlmiş səylərinin artırılmasını qeyd ediblər.

Onların fikrincə, Madriddə keçirilən NATO sammiti bir daha göstərdi ki, alyans ABŞ-ın kollektiv Qərbə mövqelərini sırımaq mexanizminə əl atmaqda davam edir. Eyni zamanda, NATO rəhbərliyinin bəyanatlarına baxmayaraq, təşkilatın fəaliyyəti beynəlxalq sabitliyin təmin edilməsinə və üzv dövlətlərin təhlükəsizliyinin gücləndirilməsinə imkan vermir.

İclasın nəticəsi olaraq Rusiya Təhlükəsizlik Şurası hakimiyyət orqanlarında işlənilməli olan təkliflər hazırlayıb. Tədbirə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov rəhbərlik edib.


İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti