Bakıda ərəb turist ölüb

   Bakıda ərəb turist ölüb
  27 İyul 2022    Oxunub:1216
Bakıda özəl klinikada ərəb turist ölüb.
AzVision.az xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib.

Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.

O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti