Emin Əmrullayev: "25 min tələbəyə təhsil kreditinin verilməsi hədəflənir

      Emin Əmrullayev:    "25 min tələbəyə təhsil kreditinin verilməsi hədəflənir
  27 İyul 2022    Oxunub:1082
Bu il 10 min tələbənin təhsil kreditlərindən yararlanacağını gözləyirik.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, növbəti illərdə bu sayın 25 minə qaldırılması hədəflənir:

“Keçən il tədris ilinin ortasından təhsil kreditləri verildiyi üçün 3 min tələbə ondan yararlandı. Lakin rəqəmlərin artmasını hədəfləyirik. Bu kreditlər təhsil almaq istəyən hər bir tələbə üçün geniş imkanlar yaradır. Kredit faizləri də inflyasiyadan aşağıdır”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti