"İki elmi-tədqiqat universiteti yaradılacaq" - Nazir

   "İki elmi-tədqiqat universiteti yaradılacaq" -    Nazir
  27 İyul 2022    Oxunub:1027
"Qabaqcıl elmi-tədqiqat nəşrlərində önə çıxacaq iki elmi-tədqiqat universiteti yaradılacaq".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, dövrün sonuna qədər 4 min nəfərin peşə təhsilində qısamüddətli təlimlərə cəlb edilməsi həyata keçiriləcək:

"Əlində peşəsi olan, amma bunu təhsillə rəsmiləşdirməmiş şəxslərin peşə təhsilinə cəlb edilməsi də prioritetlərdən biridir. Dövrün sonuna qədər 35 min nəfərin bu cür təhsilə cəlb edilməsi nəzərdə tutulur".

AzVision.az



Teqlər:





Xəbər lenti