Türkiyə konsulluğuna hücum olub

   Türkiyə konsulluğuna hücum olub
  27 İyul 2022    Oxunub:1259
Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə bu gün səhər saatlarında baş verib.
Türkiyə XİN İraq hakimiyyətini diqqəti terrorizmlə mübarizəyə yönəltməyə və öz ərazilərində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoymağa çağırıb.

"Türkiyə günahkarların qısa zamanda məsuliyyətə cəlb olunacağını gözləyir. İraq hakimiyyəti diplomatik və konsulluq nümayəndəliklərini qorumaqla bağlı üzərinə götürdyü öhdəliklərini yerinə yetirməlidir. Bu hücumun İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda baş verməsi də düşündürücüdür".

AzVision.az



Teqlər:





Xəbər lenti