Cənubi Koreya Rusiya ilə münasibətləri bərpa etmək istəyir

Cənubi Koreya Rusiya ilə münasibətləri bərpa etmək istəyir
  27 İyul 2022    Oxunub:592
Cənubi Koreyanın xarici işlər naziri Pak Çin bildirib ki, ölkəsi Ukrayna böhranı başa çatdıqdan sonra real əməkdaşlığın bərpasına və Rusiya ilə münasibətlərin normallaşmasına və inkişafına ümid edir.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər uzun tarixə və iqtisadi əməkdaşlıq potensialına malikdir: “Rusiyada çox sayda xarici koreyalılar yaşayır və Rusiya bazarında çoxlu Koreya firmaları var. Ona görə də rasional nöqteyi-nəzərdən Rusiya ilə münasibətlərin real inkişafına ümid edirik”, - deyə nazir bildirib.

Eyni zamanda XİN rəhbəri vurğulayıb ki, Ukraynadakı vəziyyətlə əlaqədar hazırda Cənubi Koreya-Rusiya münasibətlərinin inkişafı məhduddur:

“İki ölkə arasında münasibətlər indi son dərəcə narahat vəziyyətdədir. Rusiya Cənubi Koreyanı dost olmayan ölkə kimi tanıyıb. Ümid edirik ki, Ukrayna böhranı tezliklə həll olunacaq, sülh bərqərar olacaq, Cənubi Koreya ilə Rusiya arasında münasibətlər normallaşacaq və iki ölkə arasında münasibətlərin potensialı açılacaq: Rusiya regionda təhlükəsizliyə və sülhə töhfə verəcək. Koreya yarımadasında qarşılıqlı faydalı əlaqələr qurulacaq, burada hər iki ölkə bir-birinin iqtisadiyyatının inkişafına töhfə verə biləcək”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti