Putin və Ərdoğan hərbi-texniki əməkdaşlığı müzakirə edəcək

   Putin və Ərdoğan hərbi-texniki əməkdaşlığı müzakirə edəcək
  27 İyul 2022    Oxunub:1200
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Soçidə keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlığı müzakirə edə bilərlər.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. “İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir və qarşılıqlı fəaliyyətimizin belə həssas sahədə inkişaf etməsinin özü onu deməyə əsas verir ki, ümumilikdə əlaqələrimizin bütün spektri çox yüksək səviyyədədir”, - deyə o, qeyd edib.

Peskov onu da əlavə edib ki, Putin və Ərdoğan arasında demək olar ki, hər görüş aktual mövzuları gündəmə gətirir və böyük ehtimalla avqustun 5-də hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulacaq. Putinlə Ərdoğanın gələcək görüşünün digər təfərrüatları açıqlanmır.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti