Ərəb turistin ölümü ilə bağlı AÇIQLAMA

   Ərəb turistin ölümü ilə bağlı    AÇIQLAMA
  27 İyul 2022    Oxunub:924
"Leyla Medical Center" baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.
AzVision.az -a daxil olan açıqlamada deyilir:

"Nəzərinizə çatdırmaq istərdik ki, 26.07.2022-ci il tarixində 15:48-də Təcili Tibbi Yardım vasitəsilə mərkəzimizə digər özəl tibb müəssisələrin birində müalicə alan, lakin vəziyyəti ağırlaşan pasiyent (Səudiyyə Ərəbistan vətəndaşı Muteb Almadui Saeed) təxliyə olunub.

Mərkəzimizə çatdırılan xəstənin vəziyyəti ilkin müayinə əsasında kəskin ağır olaraq dəyərləndirilib (huşu soporoz, dəri və selikli qişaları kəskin avazımış, tənəffüsü taxipnoe tipli, Arterial təzyiqi 34:16, ürək döyüntüləri 106).

Mərkəzimizə köçürülən pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinə uyğun olaraq müvafiq təyinata əsasən müalicəyə başlanılıb. 18:45-də xəstənin ürək fəaliyyəti dayanmış, aparılan bütün tibbi müdaxilələrə baxmayaraq 19:10-da isə bioloji ölüm qeydə alınıb.

"Leyla Medical Center"də baş verən bu halla bağlı aidiyyatı orqanlara məlumat verilib və lazımi tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti