Taxıl ixracı üçün işlərə başlanıldı

   Taxıl ixracı üçün işlərə başlanıldı
  27 İyul 2022    Oxunub:1297
Ukrayna Hərbi Dəniz Qüvvələri taxıl ixracını davam etdirmək üçün Qara dənizdəki 3 limanda işlərin bərpa olunduğunu təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu haqda Ukrayna Hərbi Dəniz Qüvvələrinin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, taxıl daşınması üçün Odessa, Çernomorsk və Pivdennıy limanlarında işlər aparılır.

Qeyd edək ki, əvvəlki açıqlamalarda bəzi daşımaların bu həftə yenidən başlaya biləcəyi ilə bağlı məlumatlar var idi.

AzVision.az


Teqlər:





Xəbər lenti