Monteneqro rusların əmlakını dondurur

   Monteneqro rusların əmlakını dondurur
  28 İyul 2022    Oxunub:696
Monteneqro Rusiya vətəndaşlarına məxsus daşınmaz əmlakı dondurmağa başlayıb.
AzVision.az xəbər verir ki, müvafiq sənəd ölkənin Nazirlər Kabinetinin saytında dərc olunub. İyunun 10-da Monteneqronun daxili işlər naziri Filip Adziç ölkədə Rusiya vətəndaşlarına məxsus 44 daşınmaz əmlak obyektinin dondurulacağını açıqlayıb. Bu, Ukrayna münaqişəsinə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar rejiminə əməl olunması çərçivəsində həyata keçiriləcək.

Ekspertlərin qiymətləndirməsinə əsasən, Rusiya vətəndaşları və kompaniyaları Monteneqro iqtisadiyyatına ötən il 129 milyon dollar investisiya yatırıb, o cümlədən 49,46 milyon dollarlıq daşınmaz əmlak alıblar. Rusiyanın bu ölkədəki səfiri Vladislav Maslennikov xatırladıb ki, RF son 15 il ərzində Monteneqro iqtisadiyyatının ən böyük sərmayəçisi olub. Rusiyalı investorlar bu ölkəyə 15 ildə azı 1,5 milyard dollar investisiya yatırıblar.

AzVision.az

Teqlər: Monteneqro  







Xəbər lenti