Dünyada virusa yoluxanların sayı 570 milyonu ötdü

   Dünyada virusa yoluxanların sayı    570 milyonu ötdü
  28 İyul 2022    Oxunub:1041
Dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 570 milyonu ötüb.
AzVision.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, təşkilatın statistikası yoluxanlar və ölənlər barədə yalnız dövlətlər tərəfindən təqdim olunan rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. ÜST pandemiyanın başlanğıcından indiyədək 570 005 017 yoluxma və 6 384 128 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 019 583 nəfər, ölənlərin sayı 1 882 nəfər artıb.

ÜST-yə daxil olan məlumatlar arasında ən çox təsdiqlənmiş hallar ABŞ-da (89 428 046) qeydə alınıb. Sonrakı yerlərdə Hindistan (43 938 764), Braziliya (33 621 965), Fransa (32 664 720) və Almaniya (30 598 385) gəlir. COVID-19 virusu nəticəsində ən çox ölüm halları ABŞ-da qeydə alınıb: 1 017 366 nəfər. Bu göstərici üzrə ikinci yerdə Braziliya (677 143), üçüncü yerdə Hindistandır (526 167).


AzVision.az



Teqlər:





Xəbər lenti