Türkmənistandan Alabay gətirmək çətinləşdi

   Türkmənistandan Alabay gətirmək çətinləşdi
  28 İyul 2022    Oxunub:696
Türkmənistan Alabay cinsindən olan itlərin ixracını məhdudlaşdırıb.
Müvafiq qanunu ölkə prezidenti Serdar Berdiməhəmmədov imzalayıb. Qeyd olunub ki, buna səbəb itlərin populyasiyasını qorumaqdır. Hazırda iti ölkədən çıxarmaq üçün səyahət edənlərə səlahiyyətli orqanın orderi lazım olacaq, ona qadağa və ya icazə vermək qərarı hökumət üzvləri ilə birgə veriləcək. Həmçinin, bala Alabaylar dövlət damazlıq kitabçasına və damazlıq itlər haqqında məlumatları özündə əks etdirən xüsusi reyestrə daxil ediləcək.

AzVision.az

Teqlər:







Xəbər lenti