"Ukraynada qohumlarım ola bilər" - Siqal

"Ukraynada qohumlarım ola bilər" -    Siqal
  28 İyul 2022    Oxunub:1765
Məşhur amerikalı aktyor və prodüser Stiven Siqal Ukrayna ilə bağlı diqqət çəkən fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, Rusiya mediasına verdiyi açıqlamada Ukraynada qohumlarının olması ehtimalını irəli sürüb.
- Rusiyada çoxlu qohumlarım var. Onlar əsasən Uzaq Şərqdə, Vladivostokda, İrkutskda, Yakutiyada, Baykalda, Buryatiyadadırlar. Ukraynaya gəlincə, burada da qohumlarım ola bilər. Amma buna əmin deyiləm. Sadəcə mümkündür ki, bura da qohumlarım olsun, - Siqal Rusiya və Ukraynada qohumlarının olması ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Siqal müsahibələrində qeyd edir ki, ata babası Rusiyanın buddist bölgələrindən birində anadan olub və daha sonra o, ABŞ-a köçüb. Ulduz aktyor nənəsinin də Vladivostokdan olduğunu, həmçinin bəzi əcdadlarının Sankt-Peterburq və Belarusdan gəldiyini deyir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Aktyor  





Xəbər lenti