İrəvanda türkiyəli sürücü öldürüldü - FOTO

   İrəvanda türkiyəli sürücü öldürüldü -  FOTO
  28 İyul 2022    Oxunub:1348
İrəvanda Türkiyə vətəndaşı öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın kriminal saytı olan "Shamshiyan" məlumat yayıb. Qeyd edilir ki, o, Ermənistana sürücü kimi gəlibmiş.
"İyulun 27-si saat 17:00 radələrində Şenqavit polis şöbəsinə Araratyan küçəsi 62/23 ünvanında kişi meyitinin olması barədə məlumat daxil olub. Polis və müstəntiqlər məlum ərazidə türk nömrələri olan “İveco” markalı yük maşınının yanında kişi cəsədinin olmasını təsdiqləyiblər.
Faktla bağlı Şenqavit İstintaq İdarəsində cinayət işi başlanılıb. Müstəntiqin qərarı ilə meyitə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ölən şəxs türkdür. Polis və istintaq şöbəsi mərhumun şəxsiyyətini müəyyənləşdirir" - məqalədə yazılıb.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə ermənilərin Türkiyəyə məxsus yük maşınını saxlayaraq onun üzərində türk dilində olan yazıların silinməsi və sürücünün təhqir edilməsi ilə bağlı video yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti