“Qarabağ”ın "Ferentsvaroş"la oyunlarının vaxtı dəqiqləşdi

   “Qarabağ”ın "Ferentsvaroş"la oyunlarının vaxtı dəqiqləşdi
  28 İyul 2022    Oxunub:1407
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinfə ”“Ferentsvaroş” (Macarıstan) oyunlarının vaxtı və saatı dəqiqləşib.
Klubun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya isə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti