Nikaraquada avtobus uçurumdan aşdı: 15 ölü, 30 yaralı

Nikaraquada avtobus uçurumdan aşdı:    15 ölü, 30 yaralı
  28 İyul 2022    Oxunub:571
İyulun 28-nə keçən gecə Nikaraquanın şimalında avtobusun uçurumdan aşması nəticəsində azı 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Bu barədə “La Primerisima” radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, avtobusda 90 sərnişin olub. Yaralanan 34 nəfər xəstəxanalara çatdırılıb, onlardan dördünün vəziyyəti ağırdır. Bildirilib ki, paytaxt Manaquadan Xalapa şəhərinə gedən avtobusda əyləclər sıradan çıxıb.


AzVision.az

Teqlər:







Xəbər lenti