Zəlzələ Filippinə 682 milyon dollardan çox zərər vurub

Zəlzələ Filippinə 682 milyon dollardan çox zərər vurub
  28 İyul 2022    Oxunub:1088
İlkin hesablamalara görə Filippində baş verən zəlzələ ölkəyə 38,8 milyard peso (682,8 milyon dollar) maddi zərər vurub.
Bu barədə ziyan dəyən bölgəyə gələn prezident Ferdinand Markos bildirib. Onun sözlərinə görə, rayonda kənd təsərrüfatına və digər obyektlərə dəymiş ziyanla bağlı məlumatların toplanması davam etdirilir: “Mövcud hesablamalara görə, İlokos bölgəsində infrastruktura dəyən ziyan 38,8 milyard pesodur”.

Filippin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda zəlzələ nəticəsində altı nəfərin həyatını itirdiyi, 60 nəfərin isə müxtəlif xəsarətlər aldığı bildirilir.

İyulun 27-də Luzon adasında 7,0 bal gücündə zəlzələ qeydə alınıb. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, təbii fəlakətin episentri əhalisi 14,8 min nəfərdən çox olan Tayum (Abra əyaləti) bələdiyyəsindən üç kilometr şimal-şərqdə yerləşib.


AzVision.az



Teqlər:





Xəbər lenti