Britaniyada son 111 ilin ən quraq iyul ayı qeydə alınıb

Britaniyada son 111 ilin ən quraq iyul ayı qeydə alınıb
  28 İyul 2022    Oxunub:1306
İngiltərədə 2022-ci ilin iyul ayı son 111 ilin ən quraq ayı olub.
Bu barədə Böyük Britaniya Meteorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, iyulun əvvəlindən İngiltərə ərazisinə 15,8 mm yağıntı düşüb. Bu 1911-ci ildə müşahidə edilən orta göstəricidən azdır.

Şotlandiya, Uels və Şimali İrlandiyada da quru hava hökm sürür, lakin Şərqi İngiltərənin cənubunda və İngiltərənin cənub-şərqində ən çətin şərait yaşanır. Mütəxəssislər yaxın günlərdə və həftələrdə vəziyyətin ciddi şəkildə dəyişəcəyini gözləmirlər.


AzVision.az



Teqlər:





Xəbər lenti