ÜST-dən meymunçiçəyi tövsiyəsi: Cinsi əlaqələri azaldın, yeni tanışlıqlar etməyin

ÜST-dən meymunçiçəyi tövsiyəsi: Cinsi əlaqələri azaldın, yeni tanışlıqlar etməyin
  28 İyul 2022    Oxunub:1612
Bütün dünyada meymunçiçəyi virusu ilə bağlı narahatlıqlar olduğu vaxtda Ümumdünya Səhiyyə Təşkilatından yeni xəbərdarlıq gəlib.
AzVision.az xəbər verir ki, ÜST direktoru Tedros Adanom Qebreisus, infeksiyadan qorunmağın ən yaxşı yolunun təmas riskini azaltmaq olduğunu bildirib:

“Cinsi partnyorların sayını azaltmalı, yeni partnyorlarla cinsi əlaqəni düşünməmək lazımdır.

Geylər arasında meymunçiçəyi virusunun artdığını vurğulayan Qebreisus onlara da xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru bəyan edib ki, 78 ölkədə 18 000-dən çox insan meymunçiçəyi virusuna yoluxub. Bu halların 70 faizi Avropada baş verib.

AzVision.az



Teqlər:





Xəbər lenti