"Ukrayna NATO-nun hazırkı strategiyası ilə uduzacaq" - Orban

   "Ukrayna NATO-nun hazırkı strategiyası ilə uduzacaq" -    Orban
  29 İyul 2022    Oxunub:890
Macarıstanın baş naziri Viktor Orban Ukrayna müharibəsi haqqında diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, Kiyevin hazırkı NATO-nun dəstək strategiyası ilə Rusiyanı məğlub edə bilməyəcəyini bəyan edib.
Orban: “Rusiyaya qarşı sanksiyalar Ukraynaya kömək etmir”
Həmçinin Orban müharibənin Avropa iqtisadiyyatı üçün ağır nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

Vyanada Avstriya kansleri Karl Nehammerlə danışan Orban, "Müharibəni bu formada qazanmaq olmaz" deyib. Baş nazir fikirlərinə onu da əlavə edib ki, NATO ölkələrinin Ukraynaya silah və təlimlərlə dəstək strategiyası sərgiləməsi “hələ də onu göstərir ki, bu, uğur gətirməyəcək”.

"Strategiya dəyişikliyi olmadan sülh olmayacaq" deyən Orban Ukraynada sülh olmasa, bütün Avropa İttifaqının hərbi vəziyyətə düşəcəyi xəbərdarlığını da edib.

- Müharibə davam edərsə, Avropa İttifaqında tənəzzüldən necə qaça biləcəyimiz aydın deyil, - Macarıstanın baş naziri hazırkı xaotik hərb-siyasi durumdan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Macarıstan   NATO   Müharibə  





Xəbər lenti