FTX terror aktının qarşısını alıb - VİDEO

FTX terror aktının qarşısını alıb -    VİDEO
  29 İyul 2022    Oxunub:1082
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti(FTX) Lipetskdə "Sağ sektor" silahlıları tərəfindən hazırlanan terror aktının qarşısını alıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunur ki, əməliyyat Lipetsk vilayətinin Dobrovski rayonunun Qoritsı kəndində reallaşdırılıb. Əvvəllər Rusiyaya gəlmiş və Ukrayna Təhlükəsizlik Xidmətinin himayəsinə aldığı “Sağ sektor”un yaratdığı təxribat-kəşfiyyat qrupunun tərkibində olan üç Ukrayna vətəndaşı saxlanılıb.

Kəşfiyyat xidmətinin məlumatına görə, onların gizli anbarında əldəqayırma bombanın komponentləri tapılıb.
Saxlanılan şəxslərə qarşı terror aktına hazırlıq, ekstremist təşkilatda iştirak və qanunsuz olaraq partlayıcı maddə saxlama maddələri ilə cinayət işi açılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Terror   Rusiya  





Xəbər lenti