Gürcüstanda helikopter qəzaya uğrayıb - 8 nəfər ölüb

  Gürcüstanda helikopter qəzaya uğrayıb -    8 nəfər ölüb
  29 İyul 2022    Oxunub:734
Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində səkkiz nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, həlak olanların 4-ü ekipaj üzvü, 2-si xilasedici, 2-si isə tibb işçisidir.

Hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb olunub, lazımi tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Qudauri bölgəsində qəzaya uğramış paraplançıların xilas edilməsi əməliyyatı zamanı baş verib.
***
20:07
Gürcüstanın Qudauri bölgəsində xilasedici helikopter qəzaya uğrayıb.

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qəza Qudauridə qəzaya uğramış paraplançıların xilasetmə əməliyyatı zamanı baş verib.

DİN-in sərhəd polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.

Qeyd olunub ki, helikopterdə ekipaj üzvləri ilə yanaşı Fövqəladə Hallar Xidmətinin xilasediciləri və həkimləri də olub.

Hadisə ilə bağlı bütün təfərrüatlar DİN tərəfindən dəqiqləşdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.



AzVision.az

Teqlər:







Xəbər lenti