Avrozonada inflyasiya sürətlə yüksəlir

 Avrozonada inflyasiya sürətlə yüksəlir
  30 İyul 2022    Oxunub:418
Cari ilin iyul ayında Avrozonanın 19 ölkəsində illik inflyasiya 8,9%-ə yüksəlib.
Bu barədə “Eurostat”ın mətbuat xidməti öz saytında məlumat yayıb. İyulda ən yüksək inflyasiya Estoniyada qeydə alınıb - 22%. Sonrakı yerlərdə Litva - 20,5% və Latviya - 19,2% qərarlaşıb. Ən aşağı göstəricilər Malta və Fransada qeydə alınıb - müvafiq olaraq 6,1% və 6,5%.

Bir il əvvəl Avro zonasında inflyasiya illik cəmi 2,2% idi. Göstərici 2021-ci ilin noyabrından başlayaraq hər ay rekord qırmağa başlayıb.


AzVision.az


Teqlər:







Xəbər lenti