Rusiyalı kəşfiyyatçıları HİMARS-la vurdular

   Rusiyalı kəşfiyyatçıları    HİMARS-la vurdular
  30 İyul 2022    Oxunub:861
Ukrayna əsgərləri Donetsk vilayətinin Verxnekamenskoye yaxınlığında fəaliyyət göstərən Rusiya kəşfiyyat qrupunu məhv edib. AzVision.az xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
- Əvvəllər işğalçılar artilleriyada əhəmiyyətli üstünlüyə malik olduqları üçün kütləvi hücumlar həyata keçirə bilirdilər. İndi HİMARS formasında beynəlxalq dəstək bizim əks-hücumumuz üçün hələ də kifayət etmir. Lakin silah-sursat anbarlarının sıradan çıxarılması səbəbindən düşmənin yenidən silah ehtiyatı toplaması və manevr etməsi çətinləşib. Gördüyünüz kimi, son bir ayda onların irəliləməsi sürətini itirib. İyul ayı ərzində işğalçılar yalnız Donetsk vilayətinə basqın etməyə çalışıblar. Belə cəhdlərdən biri də dünən Verxnekamenski yaxınlığında dayandırılıb. Bizim əsgərlər kəşfiyyat qrupunu vaxtında aşkar edərək, onu atəşə tutdu və onları geri çəkilməyə məcbur etdilər”, - Qayday deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti