Azərbaycanda 393 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

   Azərbaycanda 393 nəfər koronavirusa yoluxub,    1 nəfər ölüb
  30 İyul 2022    Oxunub:988
Azərbaycanda koronavirusa 393 yeni yoluxma qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək 798 404 nəfər koronavirusa yoluxub. Onlardan 786 358 nəfər müalicə olunaraq sağalıb, 9 747 nəfər vəfat edib, aktiv xəstə sayı 2 299 nəfərdir.

Ölkədə son sutka ərzində 2 952, hazırkı dövrədək isə 7 042 298 test aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti