Qara dənizdə taxıl daşınması müzakirə edildi

   Qara dənizdə taxıl daşınması müzakirə edildi
  31 İyul 2022    Oxunub:994
Türkiyə milli müdafiə naziri Hulusi Akarla Ukrayna müdafiə naziri Oleksey Reznikov və Ukrayna infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Telefon danışığı zamanı Qara dənizdə taxıl daşınması ilə bağlı İstanbuldakı Müştərək Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyət barədə müzakirə aparılıb. Müzakirələr zamanı bu sahədə texniki işlərin yekunlaşdığı, taxıl daşınmasına qısa müddətdə başlanılmasının planlaşdırılması, Müştərək Koordinasiya Mərkəzində heyətlərin əməkdaşlıq şəraitində çalışmasından məmnunluq ifadə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti