Şəhid anası toyda icra başçısı ilə rəqs etdi - FOTOLAR+ VİDEO

   Şəhid anası toyda icra başçısı ilə rəqs etdi -    FOTOLAR+ VİDEO
  31 İyul 2022    Oxunub:1259
44 günlük Vətən müharibəsində iki oğlu ilə birlikdə könüllü olaraq döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun oğlunun toy mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, qazi İntiqam Abbasovun toy məclisində qohum-əqraba ilə yanaşı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ağsaqqalları iştirak ediblər.


Maraqlı keçən toyun ən duyğulu anları isə Müşfiq Abbasovun anası, Nümunə Abbasovanın icra başçısı Vaqif Həsənovla birlikdə rəqs etməsi olub.

Toyda çıxış edən Ağdam rayon İH-nin başçısı Vaqif Həsənov dövlətimizin şəhid ailələrinə, qazilərimizə daima diqqət və qayğı göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Birinci Qarabağ savaşında yaralanan Müşviq Abbasov 44 günlük Vətən müharibəsinədək təkcə Ağdam əhalisi yaxşı tanıyırdısa, ikinci Qarabağ müharibəsində onu bütün Azərbaycan tanıdı. Onun iki oğlu – Şamil və İntiqamla birgə çəkdirdiyi şəkil savaşın ilk günündən sosial şəbəkələrdə məşhurlaşmışdı.

Müşviq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ağdamın Abdal-Gülablı kəndində doğulan igid Quzanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Prezidenti İlham Əliyevin sərəncamı ilə Müşviq Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.









AzVision.az


Teqlər:





Xəbər lenti