Almaniya liderliyini itirir - “Bloomberg”

   Almaniya liderliyini itirir -    “Bloomberg”
  31 İyul 2022    Oxunub:1717
Almaniya Avropa İttifaqındakı (Aİ) dominant mövqeyini itirməyə başlayır. “Bloomberg”in yayımladığı məqalədə deyilir ki, bu, Rusiyaya qarşı sanksiya kampaniyası nəticəsində yaranmış enerji böhranı ilə bağlıdır. AFR on ildən artıq müddətdə Avropada ən yüksək mənəvi gücə, maliyyəyə və nüfuza malik dövlət olsa da, enerji böhranı hər şeyi dəyişir.
Məqalənin müəllifi Mariya Tadeonun fikrincə, Almaniya liderlik mövqeyini Aİ-nin cənub ölkələrinin xeyrinə itirə bilər. Alman iqtisadi modelinin əsas çatışmazlığı onun Rusiyadan asılılığıdır. Yaranan vəziyyət isə Almaniyanın tətbiq etdiyi qənaət rejiminə görə cəza deyil, qüvvələrin yenidən qruplaşdırılmasıdır.

Bundan əvvəl alman jurnalist Alina Lipp Ukraynadakı xüsusi əməliyyatın alman cəmiyyətini parçaladığını bildirmişdi. Almaniya vətəndaşının sözlərinə görə, bəzi almanlar Rusiyanın hərəkətləri ilə həmrəy olduqlarını bildirir və xüsusi əməliyyata başlamaq qərarını dəstəkləyirlər.

Nadir Quliyev
AzVision.az



Teqlər:   Fikir  





Xəbər lenti