Kosovo ordusu gecə hücum etməyi planlaşdırır - Vuçiç

   Kosovo ordusu gecə hücum etməyi planlaşdırır -    Vuçiç
  31 İyul 2022    Oxunub:1319
Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ordusunun gecə yarısı ölkəyə hücum etməyi planlaşdırdığını bildirib.
AzVision.az - ın məlumatına görə, bu barədə "Danas" nəşri məlumat verib.

"Düşünürəm ki, biz indiki qədər çətin və ağır vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır", - deyə Serbiya prezidenti bildirib.

Bundan əvvəl Kosovo və Serbiya sərhədində atəş və hava hücumlarının eşidildiyi bildirilib.

Yerli vaxtla saat 18:00-dan sonra şəhərdə hava hücumu sirenləri səslənib, serblər Kosovonun şimalında barrikadalar qurur, yollar bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti