İrəvanın ilk XİN rəhbərinə Xankəndi qadağası qoyulub

 İrəvanın ilk XİN rəhbərinə    Xankəndi qadağası qoyulub
  01 Avqust 2022    Oxunub:1068
Ermənistanın ilk xarici işlər naziri, “İrs” partiyasının rəhbəri Raffi Ohanesyan Azərbaycanın Qarabağ ərazisinə buraxılmayıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, partiyanın mətbuat xidməti məlumatı təsdiqləyib və eks-nazirin üzləşdiyi bu situasiyanın hansı səbəbdən baş verdiyini anlamadıqlarını bəyan ediblər.

“Dünən gecə Ermənistanın ilk xarici işlər naziri və “İrs” partiyasının yaradıcısı Raffi Ohanesyan nəvəsinin vəftiz mərasimində(xristianlıqda müqəddəs ayinlərdən sayılır-red.) iştirak etmək üçün Xankəndinə getmək istəyərkən Rusiya sülhməramlı qüvvələri tərəfindən rəsmən əngəllənib. Keçid məntəqəsindəki hərbçilər ona komandirinin əmrinin olduğunu deyiblər. Amma buraxılışla bağlı imtinanın dəqiq səbəbi və ya əsaslandırmaı göstərilməyib. Lakin onlar konkret qadağanın olmasını təsdiq ediblər", - bəyanatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Xankəndi  





Xəbər lenti