"Ukrayna münaqişəsində heç kimi dəstəkləmirik" - İran XİN

 "Ukrayna münaqişəsində heç kimi dəstəkləmirik" -  İran XİN
  01 Avqust 2022    Oxunub:1018
İran Ukraynadakı münaqişə tərəflərindən heç birini dəstəkləmir və hərbi əməliyyatları kəskinləşdirən təşəbbüslərdə iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Çafi mətbuat konfransında deyib.

- İran heç bir tərəfi digərinə qarşı dəstəkləmir və dəstəkləməyəcək. Biz Ukraynada hərbi əməliyyatları gücləndirən heç bir təşəbbüsdə iştirak etməyəcəyik- XİN rəsmisi qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti