Qazaxıstanda yanvar iğtişaşları ilə bağlı 92 nəfər bəbs cəza alıb

   Qazaxıstanda yanvar iğtişaşları ilə bağlı    92 nəfər bəbs cəza alıb
  01 Avqust 2022    Oxunub:326
Qazaxıstanda yanvar iğtişaşlarına görə 700-dən çox insan məhkum edilib. AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun xüsusi prokurorlar xidmətinin rəis müavini Nurlıbek Sabitov deyib.
Qıpçaq çölünün dovşanı – Ədalət Verdiyevin yazısı
- Ümumilikdə yanvar hadisələri ilə bağlı məhkəmələrə 474 cinayət işi göndərilib. Bu işlərdə 717 nəfər məhkum edilib, - Sabitov mətbuat konfransında çıxışı zamanı qeyd edib.

Sabitov fikirlərinə onu da əlavə edib ki, digər cinayət işləri üzrə istintaq orqanı sübutların toplanması və bütün iştirakçıların cinayət məsuliyyətinə cəlb edilməsi üzərində işləyir.

Onun sözlərinə görə, yalnız 92 müttəhim real həbs cəzası alıb. Onlar oğurluq və silah saxlama ilə bağlı ağır cinayətlər törədiblər, dəymiş ziyanı ödəməyiblər.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başladı. Ölkənin qərbindəki Janozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxaraq ölkədə xaosa səbəb oldular.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Qazaxıstan   Həbs  







Xəbər lenti