Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılır

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılır
  01 Avqust 2022    Oxunub:1304
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.
Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, bu Qaydaya əsasən, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün DQİDK tərəfindən keçirilən imtahanların müsahibə mərhələsi başlayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı Komissiya tərəfindən aparılacaq müsahibə avqustun 2-də Azərbaycan İlahiyyat İnstitutunda keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti