Kiyev Avropadan 500 milyon avroluq kreditin birinci tranşını alıb

Kiyev Avropadan 500 milyon avroluq kreditin birinci tranşını alıb
  01 Avqust 2022    Oxunub:806
Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Avropa İttifaqından 500 milyon avro dəyərində makromaliyyə yardımının birinci tranşını alıb.
O, bu barədə Telegram kanalında məlumat verib. “Avropa İttifaqı Ukraynaya 1 milyard avroluq müstəsna makromaliyyə yardımı göndərib. Artıq 500 milyon avro məbləğində birinci tranş NBU-nun hesabına köçürülüb. İkinci tranşın sabah gəlməsini gözləyirik”, - Şmıqal yazıb.

Ukrayna Maliyyə Nazirliyi qeyd edib ki, bu pul dövlət büdcəsinin ilk ehtiyaclarının maliyyələşdirilməsinə sərf olunacaq və ölkədə maliyyə sabitliyinin qorunmasına kömək edəcək.


AzVision.az



Teqlər:





Xəbər lenti