Moldovada quraqlıq buğda məhsuluna ciddi ziyan vurdu

Moldovada quraqlıq buğda məhsuluna ciddi ziyan vurdu
  01 Avqust 2022    Oxunub:903
Moldovanın kənd təsərrüfatı naziri Vladimir Bolea buğda məhsulunun 2021-ci illə müqayisədə üç dəfə azalacağını proqnozlaşdırıb.
Onun sözlərinə görə, bu ilin proqnozlara əsasən, təxminən 700-800 min ton buğda yığılacaq: “Bu həcm ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün kifayət qədərdir. Moldovalılar respublika daxilində 330 min ton buğda, 150 min ton yemlik buğda istehlak edirlər”.

Bolya qeyd edib ki, bu gün ölkədə fermerlər bazardakı vəziyyətlə bağlı qiymətlərin aşağı olması səbəbindən demək olar ki, buğda ixrac etmirlər.


AzVision.az



Teqlər:





Xəbər lenti