Çində istilərə görə yüksək təhlükə səviyyəsi elan edilib

Çində istilərə görə yüksək təhlükə səviyyəsi elan edilib
  02 Avqust 2022    Oxunub:333
Çinin meteorologiya xidməti güclü istilər səbəbindən ölkənin yarıdan çoxu üçün yüksək (sarı) xəbərdarlıq elan edib.
Yüksək temperaturun davam etdiyi yerlərdə sakinlərə açıq havada işləməmək və gəzmək tövsiyə olunmur. Meteoroloqların məlumatına görə, ən isti hava həm cənubda, həm də mərkəzi və şərq inzibati ərazi vahidlərində müəyyən edilib.

Temperaturun yüksəlməsi ölkənin şimalında, xüsusən də mərkəzi Tyantszin şəhərində və Şensi əyalətində qeydə alınıb. Hidrometeoroloqlar Çinin cənub-qərbindəki Çuntsin şəhərində temperaturun 40 dərəcəyədək yüksələcəyini proqnozlaşdırır.

AzVision.az





Teqlər:







Xəbər lenti