Pakistanda daşqınlar: Ölənlərin 400-ə yaxınlaşıb

   Pakistanda daşqınlar:    Ölənlərin 400-ə yaxınlaşıb
  02 Avqust 2022    Oxunub:914
Pakistanda iyulun ortalarından bu yana davam edən musson yağışları və daşqınlar nəticəsində ölənlərin sayı son 24 saat ərzində ən azı 28 nəfər təşkil edib. Ölkədə təbii fəlakət qurbanlarının ümumi sayı 400-ə yaxınlaşıb.
Bu barədə “Dawn” qəzeti Pakistanın Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.
Çay daşqınları, torpaq sürüşmələri və evlərin uçması nəticəsində Kəşmir zonasında 10 nəfər, həmçinin Xeyber Paxtunxva və Bəlucistan əyalətlərinin 7 və 9 sakini həlak olub. Ölkədə 8,6 min yaşayış və inzibati bina dağılıb, minlərlə insan evsiz qalıb. Sel 50 körpünü dağıdıb, 650 km avtomobil yolu su altında qalıb.


AzVision.az



Teqlər:





Xəbər lenti