Kaliforniya meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi

   Kaliforniya meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi
  02 Avqust 2022    Oxunub:1199
Kaliforniya qubernatoru Gevin Nyusom meymun çiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Qeyd olunub ki, qərar bu xəstəliyin yayılmasına qarşı mübarizə çərçivəsində ştatda peyvənd tədbirlərini asanlaşdırmaq məqsədilə qəbul edilib. Həmçinin bildirilib ki, federal hakimiyyət artıq Kaliforniyanı 61 min dozadan çox meymunçiçəyi vaksini ilə təmin edib. Artıq ştatın 25 mindən çox sakini peyvənd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti