Kiyev Yunanıstandan silahlar stəyir

   Kiyev Yunanıstandan silahlar stəyir
  02 Avqust 2022    Oxunub:1024
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna hakimiyyəti Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin rəsmi səfərini gözləyir.
Onun sözlərinə görə, Kiyev yunan siyasətçinin ölkədəki Rusiya hərbi əməliyyatının nəticələrini öz gözləri ilə görməsini istəyir. “Biz Yunanıstan hökumətinin və xüsusilə Yunanıstanın baş nazirinin Ukraynaya göstərdiyi həm siyasi, həm də hərbi dəstəyi yüksək qiymətləndiririk. Təbii ki, Yunanıstanın baş nazirinin bizə səfərini gözləyirik”.

Ukrayna XİN rəhbərinin qeyd edib ki, Kiyev də Afinadan silahların, xüsusilə də hərbi texnikanın tədarükünü gözləyir:

“Bu, təkcə Yunanıstandan deyil, həm də Afinanın tədarükünü təsdiqləməli olan Almaniyadan asılıdır. Ordumuzu qorumaq üçün həqiqətən piyada döyüş maşınlarına ehtiyacımız var , təəssüf ki, bu iş yavaş-yavaş inkişaf edir, amma başa düşürük ki, Almaniyanın da mövqeyi var. İndi müəyyən irəliləyiş göz qabağındadır və mən bu fürsətdən istifadə edərək, yunan tərəfdaşlarımızı bu məsələni mümkün qədər sürətləndirməyə çağırmaq istəyirəm”.


AzVision.az



Teqlər:





Xəbər lenti