Ağacların dibi asfaltdan təmizləndi

Ağacların dibi asfaltdan təmizləndi
  02 Avqust 2022    Oxunub:989
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Ənvər Qasımlı küçələrinin kəsişməsində ağacların dibinin asfaltlanması faktı aşkar olunub.
AzVision.az xəbər verir ki, ağacların dibi Xidmətin əməkdaşlarının nəzarəti altında 13 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti