YAP-ın Salyan təşkilatının sədr müavini qəzada öldü - FOTOLAR

   YAP-ın Salyan təşkilatının sədr müavini qəzada öldü -    FOTOLAR
  02 Avqust 2022    Oxunub:736
Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib. AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, digər 6 nəfər xəsarət alıb.

Bildirilir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu qeyd edilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


AzVision.az

Teqlər:







Xəbər lenti