"Ukrayna bir gecədə 91 milyonluq Rusiya raketlərini vurub" - Forbes

   "Ukrayna bir gecədə 91 milyonluq Rusiya raketlərini vurub" -    Forbes
  03 Avqust 2022    Oxunub:890
Ukrayna Silahlı Qüvvələri sutka ərzində Rusiyanın 91 molyon dollar dəyərində olan raketlərini vurub. AzVision.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Qeyd edilir ki, ukraynalı hərbçilər dünən 7 qanadlı raketi məhv ediblər.
Məlumata görə havada sıradan çıxarılmış qanadlı raketlər arasında “Kalibr”, “İsgəndər”, “Oniks”, “Toçka- U” və digər bahalı raketlər olub.

"Avqustun 2-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, hərbçilər Rusiyanın səkkiz X-101 (X-555) qanadlı raketindən yeddisini uğurlu şəkildə vurub. Bu isə işğalçı qüvvələrə 91 milyon dollara başa gəlib", - məqalədə yazılıb.

Rusiya raketlərinin dəyərini hesablamaq üçün "Forbes" aşağıdakı hesablamalardan istifadə edib:

X-101 - 13 milyon dollar;
"Kalibr" - 6,5 milyon dollar;
İsgəndər - 3 milyon dollar;
Oniks - 1,25 milyon dollar;
X-22 - 1 milyon dollar;
Toçka-U - 0,3 milyon dollar


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti