Ukraynada iqtisadi fəlakət yaşana bilər

   Ukraynada iqtisadi fəlakət yaşana bilər
  03 Avqust 2022    Oxunub:815
Ukraynanın təcili olaraq Qərb ölkələrindən əlavə maliyyə yardımına ehtiyacı var, əks halda ölkə iqtisadi fəlakətdən qaça bilməyəcək.
Bu barədə Britaniyanın "Financial Times" qəzeti Ukrayna Mərkəzi Bankının (MB) keçmiş rəhbərinin müavini Oleq Çuriyaya istinadən yazıb. Belə ki, Kiyev makromaliyyə dəstəyinin həcmini aylıq 4-5 milyard dollara çatdırmadan müqaviməti davam etdirə bilməyəcək. Qəzet yazır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Qərb ölkələri respublikaya ayda təxminən 2,5-3 milyard dollar pul köçürür.

“Financial Times” həmçinin qeyd edir ki, müharibənin davam etməsi fonunda Kiyevin iqtisadiyyatı sabitləşdirmək üçün köhnə tədbirləri effektivliyini itirir. Xüsusilə, Ukrayna Mərkəzi Bankının ehtiyatları sürətlə tükənir. Eyni zamanda, hökumət vergilərin artırılması ilə bağlı qərar qəbul etməkdən qorxur, çünki ölkənin iqtisadiyyatı zəifləyəcək.

“Rəsmi Kiyev də pul siyasəti məsələlərində çaşqınlıq içindədir. Hökumət yaxın gələcəkdə qrivnanın devalvasiyasının bir neçə dalğasını istisna etmir ki, bu da idxalın qiymətinin daha da artmasına və Ukraynanın xarici maliyyə dəstəyinə ehtiyacının daha da artmasına səbəb olacaq”.


AzVision.az



Teqlər:





Xəbər lenti