Senat İsveç və Finlandiyanın NATO-ya qəbuluna səs verəcək

   Senat İsveç və Finlandiyanın NATO-ya qəbuluna səs verəcək
  03 Avqust 2022    Oxunub:309
ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə keçirəcək.
Bu barədə Konqresin yuxarı palatasının mətbuat xidməti Twitter-də bildirib. Bakı vaxtı ilə 4 avqust, saat 00:30-dan sonra amerikalı senatorlar bu ölkələrin NATO-ya daxil olması ilə bağlı protokolların ratifikasiyasına dair qətnaməyə iki düzəlişi nəzərdən keçirəcək, daha sonra sənədin özü üzrə yekun səsvermə keçiriləcək.

Tamaşaçılar qismində Senatda Demokratların lideri Çak Şumer İsveç və Finlandiyanın ABŞ-dakı səfirlərini Konqresin yuxarı palatasının qarşıdan gələn iclasına dəvət edib.


AzVision.az

Teqlər:







Xəbər lenti