Pelosi Tayvanı problemsiz tərk etdi - VİDEO

   Pelosi Tayvanı problemsiz tərk etdi -    VİDEO
  03 Avqust 2022    Oxunub:878
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvandan gedib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, ABŞ rəsmisinin olduğu təyyarə artıq adanın hava məkanını tərk edib.

Xatırladaq ki, Pelosinin adaya səfərindən öncə Çin rəsmiləri belə bir hadisənin reallaşacağı təqdirdə Pekinin sərt tədbirlərə əl atacağını bəyan edirdilər. Təyyarə Taybeyə enəndən sonra isə Çin Xalq Azadlıq Ordusu ada ətrafında hərbi təlimlərə başladı. Pelosi saat 14:00-da heç bir əngəl olmadan adanı tərk etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti