Rusiyanı dəstəkləyən ukraynalı deputatın köməkçisi saxlanıldı

   Rusiyanı dəstəkləyən ukraynalı deputatın köməkçisi saxlanıldı
  03 Avqust 2022    Oxunub:759
Ukrayna Təhlükəsizlik Xidməti Ali Rada deputatının köməkçisini, Çerkassı Şəhər Şurasının deputatını Rusiyanın xüsusi hərbi əməliyyatına dəstək verdiyinə görə saxlayıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Adı açıqlanmayan şəxs nəinki Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə haqq qazandırıb, həm də Rusiya ordusu bölgəni ələ keçirəcəyi təqdirdə, Çerkassı vilayətində işğal administrasiyasına rəhbərlik etməyi planlaşdırıb.

Qeyd olunub ki, o, Ukraynadakı hərbi əməliyyatı müstəsna olaraq daxili vətəndaş münaqişəsi adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti