Şamaxıda yük maşını aşdı, ölən var

Şamaxıda yük maşını aşdı,    ölən var
  03 Avqust 2022    Oxunub:729
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti