Azərbaycan “OPEC plus”un qərarını dəstəkləyib

   Azərbaycan “OPEC plus”un qərarını dəstəkləyib
  03 Avqust 2022    Oxunub:364
Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara öz dəstəyini ifadə edib.
Energetika Nazirliyind'n AzVision.az -a verilən məlumata görə, sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.

“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının sentyabrın 5-də keçirilməsi razılaşdırılıb.

İndiki nazirlər iclası avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilmiş ilk iclasdır.

AzVision.az

Teqlər:







Xəbər lenti