Tibb işçilərinin maaşlarına müddətli əlavənin vaxtı uzadıldı

Tibb işçilərinin maaşlarına müddətli əlavənin vaxtı uzadıldı
  03 Avqust 2022    Oxunub:929
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən müddətli əlavənin vaxtı uzadılıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

Əvvəl bu müddət iyulun 1-dək nəzərdə tutulmuşdu.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına edilən əlavələrin müddəti də sentyabrın 1-dək uzadılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti